Allergiya mövsümü yaxınlaşdıqca bir çox insan eyni xətanı təkrar edir və nəticədə çiçəklənmə dövrünü ağır keçirir. Rusiyada fəaliyyət göstərən həkim Nihat Arif bu barədə xəbərdarlıq edərək xəstəliyin təsirlərini azaltmağın yollarını göstərib.
Həkimin sözlərinə görə ən geniş yayılmış səhv antihistamin preparatların qəbuluna gec başlamaqdır. O hesab edir ki, dərmanlar çiçəklənmə mövsümündən əvvəl, yəni havada tozcuqların miqdarı hələ kütləvi artmadığı vaxtda qəbul edilərsə, daha effektiv təsir göstərir.
Çiçəklənmə dövrünə hazırlaşmaq üçün mütəxəssis tozcuqların yayılma proqnozunu izləməyi, dərmanları öncədən tədarük etməyi və ya həkimlə məsləhətləşməyi tövsiyə edib. Mövsümün qızğın vaxtında isə vazelin köməyə çata bilər. Həkim vazelini burun ətrafına çəkməyi məsləhət görür.
“Vazelin tozcuqlara qarşı baryer rolunu oynayır və hissəcikləri burun boşluğuna daxil olmamışdan əvvəl tutur”, – deyə Nihat Arif bildirib.//Demokrat.az




