Cəmiyyət

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”  layihəsinin icrasına başlamışdır – FOTOLAR

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”  layihəsinin icrasına başlamışdır.

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”   layihəsi çərçivəsində  Laçın rayon Taxta körpü qəsəbəsində laçınlı gənclərinin iştirakı ilə  31 yanvar 2025 -ci il tarixdə bir elmi-maarifləndirici konfrans və  01 fevral  2026-cı il tarixdə isə bir  İntellektual bilik yarışması təşkil olunub.

Konfransda  İctimai Birliyi sədri Durna Vəliyeva Layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi, Ali Baş Komandanın qətiyyətli liderliyi və xalq -ordu birliyi mövzusunda çıxış edərək geniş məlumat verilmişdir.

xeberde.az xeberaz.info-ya istinadən xəbər verir ki, tədbirə qonaq qismində qatılan Vətən müharibəsi qaziləri Fəxri Əliyev  Misir Misirov, Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Laçın rayon M.Məmmədov adına Qarakeçdi kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Mehti Axundov, Taxtakörpü qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Səxavət Məmmədov, Ağcabədi rayon Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Şaiq Məmmədov, gənclərdən Aysu Baxışov, Məhəmməd Məmmədov 44 günlük Vətən müharibəsinin tarixi gedişi, strateji əməliyyatlar, şəhid və qazilərimizin qəhrəmanlığı, informasiya müharibəsinin rolu və post-müharibə dövrünün reallıqları barədə çıxışları dinlənilmiş, iştirakçılarla geniş fikir mübadiləsi aparılmışdır.

Layihənin ikinci mərhələsi olan İntellektual bilik yarışması gənclərin tarixi biliklərinin yoxlanılması, milli şüurun və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi maraq doğurmuşdur. Yarışma zamanı iştirakçılar Vətən müharibəsi, Azərbaycan tarixi və milli qəhrəmanlarımızla bağlı biliklərini nümaiş etdirmişlər. “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün”  layihəsi gənclər arasında tarixi yaddaşın möhkəmləndirilməsi, Zəfər ruhunun yaşadılması və milli dəyərlərin təbliği baxımından əhəmiyyətli ictimai təşəbbüs kimi dəyərləndirilir. Müsabiqə qaliblər İctimai Birlik tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Layihə çərçivəsində növbəti tədbirlər Ağcabədi rayonunda keçiriləcək.

image-901b7fc1-54e1-49ba-b429-1cd8da38b384
image-fbc09253-0bb4-491b-bcee-6c687bc2a11b
image-a18d9b1f-bf40-4a64-a7ba-a8ef4aa71cad
image-144b19b3-fc34-4703-a860-a507d3342886
image-75995697-6e6f-4acc-8da9-6783aeebc63f
image-74bc3272-ddef-43ff-8e6a-e7f60bc2ae2f
image-46b6a2bc-1e2e-4bcd-8443-01114d9868ae
image-84f0a6c2-a569-42d1-8254-64356b18489c
image-842e14c5-c20b-4988-ada0-74598a250488
image-627de204-3207-44ab-9f9b-d303d008c461
image-126d0b22-b2b8-4e8e-a4ca-67551f818e3b
image-c9adf8da-cba1-46e9-9e29-c9cb3f720ac5
image-f74e0bce-b031-4e7c-884d-2b87a63ec4ec
image-79989bce-ae8e-42b9-a52c-8b90d86b5f85
image-9e496b73-dabe-4a66-8362-a7c34ecf5c50

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir