Dünya Hadisə

Türkiyədə qar uçqunu – Ölən var

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib.

xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb.

Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir