Əməkdar artist Elza Seyidcahan yeni açıqlaması ilə diqqət çəkib.
xeberde.az xəbər verir ki, sənətçi “Gün Ortası” verilişində qonaq olub. O, dünyaca məşhur müğənni Ledi Qaqanın özünü ona oxşatdığını bildirib:
“Ledi Qaqa da mənə həsəd aparır. Çünki mən 1986-cı ildə sənətə gələndə geyimlərimi başa düşmürdülər. Müzakirələr, müdaxilələr edirdilər. Guya məni tənqid edirdilər. İndi hamısı məni təkrar edir. Ledi Qaqa da 2006-cı ildən məni təkrar edir”.



