İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana endirilən zərbələrin intensivliyini artırması barədə göstəriş verib.
xeberde.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Kats İslam Respublikasındakı hökumət obyektlərinə zərbələrin gücləndirilməsini əmr edib.
Məqsəd isə rejimi sarsıtmaq və İsrailin arxa cəbhəsinə raket hücumlarının qarşısını almaq üçün çəkindirmə siyasətini gücləndirməkdir.