Tədbirin Müqəddəs Ramazan ayına təsadüf etməsi onu daha da önəmli edib. Bayram tədbrində Türkiyənin müxtəlif şəhərlərində çalışan 250-dən çox Azərbaycanlı həkim, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azerbaycan Parlamentlərarası dostluq qrupunun sədri, İstanbul millət vəkili Şamil Ayrım, “Vəfa İlaç” şirkətinin idarə heyyətinin sədri Xaləddin Quliyev, MHP İstanbul şəhər başkan yardımcısı Ahmet Atabey və digər dövlət və hökümət nümayəndələri iştirak edib. Gecənin əlamətdar hadisələrindən biri də “Tüm Azərbaycanlı Həkimlər Dərnəyi”nin (TAHD) təqdimatının olması olub. Tədbirin təşkilatçısı Günay xanım idarə heyyətini tədbir iştirakçılarına təqdim etdi. Dərnəyin idarə heyyəti Vüqar Cəfər, Elvin Quliyev, Şirxan Əmikişiyev, Aytən Gülməmmədova, Şəmsiyyə Məmmədova və Amil Hüseynov qonaqları salamlayaraq dərnəyin misyonu haqqında məlumat verib. Eyni zamanda dərnəyin gələcək fəaliyyətində Türkiyədə çalışan həkimləri aktiv olmağa çağırıb. Qonaqlar da öz növbəsində dərnəyin fəaliyyətinə uğurlar arzu edərək, tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramı münasibətilə təbrik ediblər. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, TBMM vəkili Şamil Ayrım belə bir dərnəyin qurulmasının və fəaliyyətinin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi üçün vacib olduğunu vurğulayıb. Tədbirdə qonaq qismində iştirak edən Tural Xaspolad-a TAHD idarə heyyəti adından dərnəyin fəxri üzvü döş nişanı təqdim edilib. Tədbir Azərbaycan milli musiqilərindən və rəqslərindən ibarət bədii proqramla davam edib.


Xeberde.az