Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib. xeberde.az xəbər verir ki, bu barədə İlham Əliyevin “X” sosial media hesabında paylaşım edilib. “İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət […]
Month: Oktyabr 2026
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birlikdə, “doğuş turizmi” adlandırılan halları azaltmaq üçün hamiləliyin gec mərhələlərində olan qadınların ölkəyə girişinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir. xeberde.az xəbər verir ki, bu barədə DTN-nin rəhbəri Markueyn Mallin “Fox News” telekanalının efirində bildirib. Onun sözlərinə görə, o bu məsələni səhiyyə naziri Bobbi Kennedi və […]
Boru kəmərindən neft oğurlamaq istəyərkən öldülər
Nigeriyanın cənubundakı Niger deltasında boru kəmərindən neft oğurlamağa cəhd edən azı 37 nəfər tüstüdən zəhərlənərək ölüb. xeberde.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Məlumata görə, hadisə cümə axşamı səhər tezdən Rivers ştatının Okrika dairəsindəki yaşayış məntəqəsinin yaxınlığında baş verib. Qeyd olunub ki, qaçaqmalçılar boru kəmərində kəsiklər açaraq həmin yerlərə xam nefti […]
ABŞ-də üzərində Trampın əksi olan 1 dollarlıq sikkə buraxılıb
Bu günlərdə ABŞ zərbxanası üzərində Trampın portreti olan 1 dollarlıq kolleksiya sikkəsi buraxıb. Nəticədə, o, 100 il ərzində portreti Amerika valyutasında olan ilk sağ ABŞ prezidenti olub. Sikkə ABŞ-nin 250 illiyinə həsr olunub. xeberde.az xarici mediaya istinadla xəbər verir ki, zərbxana 25 sikkə dəstini 61 dollara, 100 sikkədən ibarət çantanı isə 154,50 dollara satışa çıxarıb. […]
Azərbaycanın sülh gündəliyi reallaşır: Bişkek görüşünün görünməyən tərəfləri
Ötən gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın növbəti mühüm göstəricisi kimi qiymətləndirilməlidir. Görüşün məzmunu və tərəflərin müzakirə etdiyi məsələlər göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq əsas sual sülhün mümkün olub-olmaması deyil, əldə olunan razılaşmaların necə və hansı […]
Mərdəkanda qaz olmayacaq
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli […]
Qazi Xocalıda özünə toy etdi – FOTOLAR
Sentyabrın 1-də 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı quruldu. xeberde.az xəbər verir ki, uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirib. Aişə xanım bu gün Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur. Xankəndi şəhərində, […]
Azərbaycan milli komandasının məşqçisi vəfat edib
Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 67 yaşlı “Əməkdar məşqçi” bu gün dünyasını dəyişib. Mərhum dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb. 2008-ci ildən əvvəlcə sərbəst güləş, daha […]
Gədəbəy sakini atasını belə öldürübmüş – 34 illik SİRR AÇILDI
Gədəbəy Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib. Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan […]
Bakıda bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. xeberde.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan […]










