Dünya Meteorologiya Təşkilatı (DMT) xəbərdarlıq edib ki, El-Nino hadisəsinin güclənməsi qarşıdakı aylarda ekstremal hava şəraitinin yaranması riskini artıracaq. xeberde.az AZƏRTAC-a istinadla xəbər verir ki, DMT-nin son proqnozlarına əsasən, avqustun ortalarında tam formalaşan hazırkı El-Nino hadisəsinin 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı 100 faizə yaxındır. Təşkilatın məlumatına görə, okeanların temperaturunun qeyri-adi dərəcədə yüksək olması səbəbindən hadisə […]
Month: Oktyabr 2026
Prezident onları səfir təyin etdi – ADLAR
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər Sərəncamla, Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
“Ermənistanla ticarət indilikdə fundamental məsələ deyil” – deputat
“Ermənistanla ticarət əlaqələrinin qurulması xalqımızın fədakarlığı, igidlərimizin rəşadəti dövlətimizin bu böyük tarixi missiyanı gerçəkləşdirilməsi, Azərbaycanın orta güc statusunun gündən-günə möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin dəstəklənməsi üçündür”. Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib. Deputat qeyd edib ki, Azərbaycan bölgədə, həm də təkcə Cənubi Qafqazda deyil, geosiyasi anlamda Mərkəzi Avrasiya kimi ifadə edilən subregionda […]
105 nömrəli avtobusda “isti sınaq”: “Bəs bu camaat nə etsin?”
Səhər saatlarıdır. Balaxanıda dayanacaqda avtobus gözləyənlərin gözləri yolun o başındadır. Günəş hələ istisini tam göstərməyib, amma dayanacaqda gözləmək belə adamı yorur. Bir qədər sonra uzaqdan 105 nömrəli avtobus görünür. Dayanacaqda hərəkətlilik başlayır. Kimi qabağa keçir, kimi avtobusun qapısının açılacağı yeri hesablayır. Çünki burada avtobusun gəlməsi hələ mənzilə rahat çatmaq demək deyil – əsas məsələ avtobusa […]
Payız Azərbaycana bu tarixdə daxil olacaq
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından xeberde.az-a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam […]
Lavrov İrəvanla bağlı elə SÖZ dedi ki… – Gərginlik PİK həddə
“Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyi tezliklə yox ola bilər”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı özünün uzaqgörən olmayan qərarları səbəbindən iqtisadi üstünlüklərini itirməkdədir. 2026-cı ildə Avropa İttifaqı (Aİ) enerji təzyiqləri, artan inflyasiya və büdcə çətinlikləri səbəbindən ciddi iqtisadi və staqflyasiya riski ilə üz-üzədir. Bəzi ekspertlərə […]
İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb – VİDEO
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xeberde.az komitəyə istinadən xəbər verir ki, İdarənin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji […]
Lego parçaları kimi tikilən evlər BAŞLARINA BƏLA OLDU
1967-ci ildə Lego parçalarının məntiqi ilə dizayn edilən futuristik yaşayış kompleksi Habitat 67 bu gün yüksək təmir xərcləri və mürəkkəb texniki xidmət problemləri ilə gündəmdədir. Hamı üçün əlçatan sosial mənzil konsepsiyası ilə yaradılan kompleks zamanla Monrealın ən bahalı yaşayış məkanlarından birinə çevrilib. xeberde.az xəbər verir ki, kanadalı memar Moşe Safdi tərəfindən tələbəlik illərində Lego parçalarından […]
Nazirlik 57 min ailəni sevindirdi – MÜHÜM QƏRAR
2026-cı ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb.
“Uşağı 7 saat nəcis içində saxlayıblar” – Valideyn “Kayu” bağçasından şikayətçidir
“Ən dəhşətlisi evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər”. xeberde.az xəbər verir ki, bunu “Kayu” Tədris və İnkişaf Mərkəzindən şikayətçi olan azyaşlının atası, Atatürk Universitetinin meneceri Elnur Əliyev sosial şəbəkə hesabında yazıb. “2 yaş 2 aylıq oğlum “Kayu” uşaq […]










