Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən mütləq şəkildə iki lider arasında formalaşmış şəxsi münasibətlərdən də danışmaq lazımdır. Təsadüfi deyil ki, son 5 ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensialına malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas ölkələrdən biridir.
Başqa sözlə, iki ölkənin coğrafiyası onları bir-birindən uzaqlaşdırsa da, geosiyasi və iqtisadi maraqları əksinə, yaxınlaşdırır. İki ölkənin yaxınlaşmasının başqa bir mühüm məqamı Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın gələcək rolunun müəyyənləşməsində maraqlıdır. TDT-nin siyasi və iqtisadi imkanlarının genişləndirilməsi, türk dünyası daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir. Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr, ya da sırf siyasi prizmadan baxmaq kifayət etmir. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Qafqaza, Qafqazı isə Avropaya bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin bir hissəsinə çevirib. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu gücləndirməsi, Özbəkistanın isə bu bağlantılarda daha fəal iştirak etməsi iki ölkənin qarşılıqlı maraqlarını daha da artırır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnvestisiya münasibətlərinin ayrıca institusional mexanizmlə dəstəklənməsi iki ölkənin iqtisadi əlaqələrini daha sistemli mərhələyə keçirir. Burada əsas məsələ mövcud potensialın yeni layihələrə çevrilməsidir.
Bu gün Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və Avropa istiqamətində bağlantıları Özbəkistanın iqtisadi və regional potensialı ilə birləşir. Tarixi yaxınlıq isə bu əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir. Məhz buna görə Bakı-Daşkənd münasibətlərinin gələcək inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının geosiyasi mənzərəsinə təsir edə biləcək proses kimi qiymətləndirilə bilər.
Ələsgər Mirzəzadə,
ADPU Cəlilabad filialında baş müəllim, tarixçi tədqiqatçı
Rusiyalı idmançı Aleksandr Plyuşenkonun idman vətəndaşlığının Azərbaycanla dəyişdirilməsi qərarının necə verildiyi məlum olub. xeberde.az xəbər verir ki, rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun bu qərarı müstəqil vermədiyini bildirib. Onun sözlərinə görə, Aleksandr hələ idman yolunun başlanğıcındadır və beynəlxalq yarışlarda çıxış etmək istəyi olsa da, ölkə seçimini özü etməyib. Rudkovskaya qeyd edib ki, oğlunun Azərbaycanı […]
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı […]
Cari il aprelin 4-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı ilə diqqətlə tanış olduq. Bir daha gördük ki, Avropanın aparıcı ölkələri Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi bütövlüyünü […]