SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib. Bu barədə xeberde.az-a daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır. İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-a məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib. Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib […]
Day: Dekabr 3, 2025
Bu pendir sağlamlığa ciddi zərər verə bilər
Eyni “sarı” pendir növü bəzi insanlar üçün faydalı, digərləri üçün isə zərərli ola bilər. Pendir ən populyar məhsullardan biridir və tez-tez süfrəmizdə görünür istər səhər yeməyi, istər axşam yeməyi, istərsə də yolda qəlyanaltı kimi. Sarı pendirin nə dərəcədə faydalı olub-olmadığını təqdim edir. Kimlər sarı pendir yeməməlidir Sarı pendir bir sıra faydalı xüsusiyyətlərə malik olsa da, keyfiyyətsiz […]
Ortaq tarixə və dəyərlərə söykənən müttəfiqlik
Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan əməkdaşlığının keçmişi, bu günü və gələcəyi haqqında dərin və sistemli baxışı əks etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimada, sarsılmaz dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycan və Özbəkistanın ortaq tarixə, dəyərlərə və məqsədlərə […]
Dostluğun və qardaşlığın əyani təzahürü
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür. Dövlətimizin rəhbəri cənab İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə səfəri […]
Özbəkistan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən parlaq nümunəsidir
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə deyilir ki, son üç ildə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında qarşılıqlı lider səfərlərinin sayı tərəflər arasında əlaqələrin dinamikasının miqyasını göstərir. Özbəkistan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən parlaq nümunəsidir. Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq, iki dövlət rəhbərləri arasında […]
Strateji inkişafı və regional təhlükəsizliyi təmin etmək məqsədimizdir
Prezident İlham Əliyevin qardaş Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinə yeni mərhələdə işıq tutacaq qədər geniş və əhatəlidir. Müsahibə dost və qardaş diyarlarda böyük maraqla qarşılanıb. Bu fakt onu göstərir ki, Azərbaycan Prezidenti və dövləti 5 dost və qardaş Orta Asiya dövləti ilə eyni coğrafiyada, ortaq məqsədlərlə hərəkət edir. Orta Asiyadakı […]
Nəqliyyatın inkişafı, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun […]
Birgə layihələrin artmasına əlverişli şərait
Cari ilin 13 noyabr tarixində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini və qardaşlıq zəminində inkişaf edən çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə göstərdi. Azərbaycanın bütün dünya ölkələri ilə olduğu kimi, Mərkəzi Asiyanın türkdilli dövlətləri ilədə siyasi, iqtisadi, diplomatik münasibətləri ildən-ilə daha […]
Qazaxda mina partladı – ANAMA-nın əməkdaşı yaralandı
Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq […]
Gədəbəydə 37 yaşlı kişi öldürüldü- Atası tutuldu
Gədəbəy rayonunda qətl törədilib. Noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb. Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.










