ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, bu marşrutla yükdaşıma həcminin artırılması üçün işlər görür, eyni zamanda ölkə ərazisində bu dəhlizin keçdiyi mövcud infrastrukturu yeniləyir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin mühüm seqmentlərindən olan Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb, sözügedən işlərin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Bu […]
Day: Noyabr 14, 2025
Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır. xeberde.az-ın əldə etdiyi xəbərə görə, bu barədə məlumat “Sosial sığorta haqqında” haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq […]
Xəzərdə balıqçı qayığı zədələndi – Üç nəfər xilas edildi
Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə […]
16 mindən çox adama qrip əleyhinə peyvənd vurulub – RƏSMİ
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks epidemik tədbirlər həyata keçirilir. 8 oktyabrdan 2 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 562 nəfər qrip əleyhinə peyvənd olunub. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 0-17 yaş aralığı 2 352 […]
Qar uçqununda 15 nəfər itkin düşdü
Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb. xeberde.az xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər […]
Bakıda mənzildən meyit tapıldı
Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
MİQ-ə hazırlaşan bu müəllimlərə vacib XƏBƏR VAR
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə hazırlaşan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün yeni xəbər var. xeberde.az-ın məlumatına görə, MİQ imtahanı üçün Təhsil İnstitutu tərəfindən hazırlanmış qiymətləndirmə çərçivəsində məzmun sahələri üzrə mövzular qeyd edilib və bəzi əsərlərin tam şəkildə, bəzilərinin isə müəyyən hissələrinin oxunması tövsiyə olunub. Həmin əsərləri aşağıda qeyd olunan versiyadan oxumaq məqsədəuyğundur. Əsərlər: Cəfər […]
Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. xeberde.az-ın məlumatına görə, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir: “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. […]
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib. Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər […]









