Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib. xeberde.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
Month: Dekabr 2025
Deputat Elman Nəsirov barəsində yayılanlara cavab: Hədəfdəyəm
Dövlətçiliyimizə qənim kəsilmiş radikal müxalifət və müəyyən maraqlı dairələr məni susdurmaq üçün çeşid-çeşid üsullara əl atır. Bunu xeberde.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov barəsində sosial mediada gedən yazılara aydınlıq gətirərkən deyib. “Bu qüvvələr məni hədəf alaraq ən müxtəlif iftiralar uydurur və ya yenilərini “icad” edir. İndi də “qız”ımı tapıblar. Onu danışdırırlar. Siz nə qədər miskinsiniz. Ancaq […]
Bəylər Eyyubovla bağlı rəsmi saytda dəyişiklik – Foto
Bir müddət əvvəl Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə xəbərlər yayılsa da, bu, rəsmi təsdiqlənməmişdi. xeberde.az adən xəbər verir ki, artıq Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə məlumat president.az saytında yer alıb.
Bu yanacaqdoldurma məntəqəsi bağlandı – FOTO
Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb. xeberde.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yoxlama zamanı Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus məntəqədə ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb. Nazirliyin açıqlamasına əsasən, obyektin taxta konstruksiyaları odadavamlı məhlulla işlənməyib, elektrik naqilləri yanar səthlər üzərində çəkilib, yanğın su hovuzu standartlara cavab vermir, […]
Fəzail Ağamalı oğlunu yox, qızını seçdi – Partiya qurultayında QALMAQAL
Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur. Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub. Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha […]
Süni zəka təhlükəsi – onun inkişafı işsizlər ordusu yaradacaq
Bəşər əhlinin həyatını yaxşılaşdıracağı gözlənilən süni intellekt (AI) texnologiyalarının inkişafı başqa cür düşünən insanlarda narahatlıq doğurmağa başlayıb. Onlar diqqəti AI-nin yaratdığı təhlükələrə cəlb etməyə çalışırlar. Bir neçə gün öncə “Həyatın gələcəyi institutu” (ingiliscədə – FLI) texnoloji korporasiyalara və hökumətlərə ünvanlanmış məktub dərc edib. Qurum super süni intellektin (ASI) gələcək inkişafının qadağan edilməsini tələb edir. Adi […]
Kirayə mənzil qiymətləri artacaq – AÇIQLAMA
2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kirayə verən şəxs aylıq gəlirinin 10 faizi məbləğində vergi ödəyəcək. Hazırda 14 faizdir, amma demək olar ki ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır. Bunu əmlakçılar da təsdiqləyir. Onların sözlərinə görə, ev sahibləri müqavilə bağlamağa maraqlı deyillər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. […]
“Xəstəxana 3 aydır əlil arabasında olan qardaşımı qəbul etmir”- Video
Əlil arabasında xəstəlikdən əziyyət çəkən 38 yaşlı İsmayıl Mirzəyev göndərişi olmasına baxmayaraq, Sabunçu Tibb Mərkəzinə qəbul edilmir. Bu barədə Xəzər TV-yə danışan xəstənin bacısı Səbinə Mirzəyevanın sözlərinə görə, qardaşının sinirləri virus səbəbindən iflic olub. O qeyd edib ki, hər şey 3 ay öncə qəfildən başlayıb: “Yolda yıxıldı. Xəstəxananın nevrologiya şöbəsində tetraparez polineyropatiya diaqnozu qoyuldu. Ancaq bu, infeksion polineyropatiya deyil, xronikidir. Sağ […]
41 yaşlı müəllimə dərs vaxtı vəfat etdi
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib. 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır./APA
Türkiyədə Netanyahunun “edamı” nümayiş etdirildi
Trabzon şəhərində yerli sakinlər İsrailin baş naziri Binyamin Netanyahunu əks etdirən çuval maneken hazırlayaraq tikinti kranından asıblar. xeberde.az xəbər verir ki, hadisə zamanı manekenin üzərinə “Netanyahunun edamı” sözləri yazılmış plakat da bərkidilib. Aksiya iştirakçıları bu yolla İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və fələstinlilərə qarşı zorakılığa etirazlarını ifadə ediblər.










