İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barəsində açılan casusluq işi yeni və diqqətçəkən istiqamətlər alır. xeberde.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, İmamoğlunun yaxın çevrəsinə daxil olan və istintaq çərçivəsində dindirildiyi bildirilən şəxslər arasında Azərbaycanla bağlı bəzi faktlar da üzə çıxıb. İstintaq materiallarında yer alan məlumatlara əsasən, dindirilmə zamanı ifadə verən Ü.D.A. adlı […]
Month: Dekabr 2025
“Beniz” ləqəbli məşhur tiktokerə ittiham elan olundu
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi üçün məhkəmə istintaqı yenilənib. Belə ki, hakim Anar Sadıqovun yerinə tərkibə Hafiz Kamranov daxil olub. Sonra, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha […]
Bakıda “Şirinquş”lar peyda olub – əməkdaşlarımızın gördükləri – FOTOLAR
O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi. O xoruz formasında bərk şəkərlər — sanki […]
General Mirzəyev Rusiyada HƏBS OLUNDU – Rüşvət QALMAQALI
Rostov Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Lojistik Təminat rəisinin müavini, general-mayor Mirzə Mirzəyevi xüsusilə külli miqdarda rüşvət almaqda günahlandıraraq, 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını sərt rejimli koloniyada çəkəcək. xeberde.az xəbər verir ki, məhkəmə qərarına görə, Mirzəyev həmçinin hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, o, 480 milyonluq müqaviləni […]
Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı
Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu […]
Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.
Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Xüsusilə işğal dövründə dost dövlətin Azərbaycanın haqq işinə verdiyi dəstək, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi iki qardaş ölkə arasında əlaqələrin strateji mahiyyətini ortaya qoyur və gələcək əməkdaşlıq üçün […]
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən təbii gözəllikləri, qədim tarixi və strateji əhəmiyyəti ilə seçilən bir bölgədir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu diyar əsasən dağlıq relyefə malikdir. Qubadlının coğrafi mövqeyi həm təbiət, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Rayon qərbdən 120 kilometr məsafədə Ermənistan Respublikası ilə sərhəddə yerləşir, şimaldan Laçın […]
Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər.
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi […]
Qubadlı rayonu tamamilə işğaldan azad oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı işğaldan azad olunaraq öz azadlığına, öz sahiblərinə qovuşub. Bu tarixi hadisə təkcə Qubadlının deyil, bütövlükdə Azərbaycanın Böyük Qələbəsinə gedən yolun mühüm mərhələsini təşkil edib. Qubadlının azad olunması ilə xalqımız öz doğma torpaqlarına qayıdışın qapılarını açdı, ədalət bərpa olundu, Vətən uğrunda canlarından keçən şəhidlərimizin arzusu gerçəkləşdi. […]
Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun […]










