Cəmiyyət Kriminal manset

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib. xeberde.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində – “Tarqovıy” məhəlləsində baş verib. 1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” […]

AKTUAL Cəmiyyət Gündəm

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – Siyahı

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. xeberde.az “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” […]

Gündəm manset

Elton Məmmədov AMEA-da əsassız xərclədiyi 3 milyon manatı büdcəyə ödəyib – RƏSMİ

Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. […]

Araşdırma Cəmiyyət

Kola sümükləri əridir – Həkim

Duz, şəkər, kofein və qazlı içkilər sümüklərin möhkəmliyini zəiflədərək sınıqlara səbəb ola bilər. xeberde.az xəbər verir ki, bunu rusiyalı ekspert, endokrinoloq İrina Zyatıkova bildirib. “25-30 yaşa qədər sümüklərin kütləsi artır, sonra isə minerallıq tədricən azalır. Duzlu qidalar sümüklərdən kalsiumun itirilməsinə gətirib çıxarır, şəkər isə sümük toxumasının zəifləməsinə səbəb olur”. Həkim xəbərdarlıq edib ki, gündə iki […]

Gündəm manset

Aydın Talıbov “Cahan Şirkətlər Qrupu”nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib

Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra yerli və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. […]

manset

İsa Qəmbərin adı casusluq işində – Müsavat Partiyasından REAKSİYA

İstanbul Baş Prokurorluğu tərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Merdan Yanardağla bağlı yeni iddialar yayılıb. İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu […]

Cəmiyyət

“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb – AÇIQLAMA

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb. Əhalinin mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər. xeberde.az məsələ ilə bağlı “Bolmart”ın qaynar xətti ilə əlaqə saxlayıb. Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil. Qeyd edək ki, […]

Hadisə

Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. xeberde.az xəbər verir ki, bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib. Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq […]

Hadisə

Vəzifəli şəxs ürəktutmadan öldü

Ucarda icra nümayəndəsi vəfat edib. Ucar Rayon İcra Hakimiyyəti Başçısının Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azad Abdullayev bu gün axşam saatlarında halı pisləşərək vəfat edib. Mərhumun ürəktutmadan həyatını itirdiyi deyilir. Qeyd edək ki, 57 yaşlı Azad Abdullayev uzun müddətdir ki, Xələc kəndində nümayəndə kimi çalışıb.

Cəmiyyət

Sabah Qaraçuxurda qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. xeberde.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, “Əhmədli” qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar oktyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, […]