Jurnalist Rahib Qəribə xəsarət yetirilib. xeberde.az xəbər verir ki, hadisə “Jurnalistlər binası”nda qeydə alınıb. Orada yaşayan tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb. Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib. Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun […]
Day: İyun 24, 2025
Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət […]
İlham Əliyev Polşanın yeni Prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik ünvanlayıb. xeberde.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Navrotskiy, Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın […]
Yas mərasimlərində yemək verənlər CƏRİMƏLƏNƏCƏK?
Azərbaycanın bir sıra rayonlarda yas mərasimləri ilə bağlı yeni qaydaların tətbiq edildiyi barədə məlumat yayılıb. İddialara görə, yas mərasimlərində yemək verən şəxslər cərimə olunacaq. Rəsmi qurumlar cərimə barədə xəbərləri təkzib eləsə də, rayon ağsaqqallarının yas mərasimlərinin sadələşdirilməsi barədə qərara gəldikləri bildirilir. Qeyd edək ki, yas mərasimlərində verilən ehsanların miqyası və təşkili son illərdə cəmiyyətin diqqət […]
Bakıda quldurluq edənlər saxlanıldı
Suraxanı rayonu ərazisində iki quldurluq hadisəsi qeydə alınıb. xeberde.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən şəxsin onu kəsici alətlə hədələdiyini və 48 manatını taladığını bildirib. Həmçinin, rayon ərazisində daha bir şəxs mağazalardan birinə daxil olaraq orada çalışan satıcını kəsici alətlə hədələyib və 150 […]
Qazınız bu hallarda kəsiləcək – SİYAHI
Qaz təchizatının dayandırılması ilə bağlı yeni qaydalar müəyyən edilir. xeberde.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qaz təchizatının dayandırılması ilə bağlı yeni qaydalar müəyyənləşir. Layihəyə əsasən, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı […]
Qaz təchizatına 8 növ qiymət müəyyənləşdirilir
Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bu, “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, həmin qiymətlər (tariflər) aşağıdakılardır: – qazın topdansatış tarifləri; – qazın nəqli tarifləri; – qazın […]
Bu universitetdə üç yeni ixtisas açıldı
Bakı Mühəndislik Universitetinə (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində əlavə olaraq üç yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. xeberde.az xəbər verir ki, yeni ixtisaslar sırasında qərarlaşan və 55 yer ayrılan “Data analitikası”na qəbul yalnız ingilis bölməsi üzrə aparılacaq. Digər yeni ixtisaslara-“Dekorativ-tətbiqi sənət” və “Turizm işinin təşkili”nə qəbul Azərbaycan bölməsi üzrə həyata keçiriləcək. Bu ixtisaslara […]
Qurtuluşumuzun bəhrələri möhtəşəmdir
Müstəqil dövlət, azad məmləkət! Milli Qurtuluşumuzun ən böyük bəhrəsi budur. Belə bir ölkənin vətəndaşı olmaq nə qədər şərəflidir! Məhz bu səbəbdən xalqımızı ağ günlərə çatdırmış Milli Qurtuluş günündə deməyə sözümüz olduqca çoxdur. Belə bir vaxtda ulu öndərimiz Heylər Əliyevi xatirimizə gətiririk. Ümummilli liderimiz sözün əsil mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, […]
Vətən və xalq naminə fədakarlıq
Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs Qurtuluşun işığından qaynaqlanan ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında misilsiz dəyişikliklər […]