Prezident İlham Əliyev Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı sosial media hesablarında paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!”
Day: İyun 24, 2025
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub
xeberde.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Hüseynov Rahim Mahir oğlu Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.
İmişlidə uşaqların bayram tədbiri – Fotolar
İyunun 1-də İmişli rayonunda, rayon icra hakimiyyətinin və “Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Xeberde.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər. Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik […]
Hacı Mirhəmidin əsrlər boyu öz bəhrəsini verəcək dövlətçilik xidmətləri – FOTOLAR
Məscid binasının layihələndirilməsi və tikintiyə başlanması da Hacı Mirhəmidin adı ilə bağlıdır Mirhəmid Mirheydər oğlu Həmidov! Bu ad Muğanda, Şirvanda, Şabran-Siyəzən bölgələrində çoxlarına doğmadır, tanışdır. Bu adın qazanılması ona heç də asan başa gəlməyib. Həyatın ağrılı-acılı, enişli-yoxuşlu, sevincli-kədərli günləri bütövlükdə böyük zəhmət bahasına başa gəlib, ərsəyə yetişib.Yüksək işgüzarlıq, işə yaradıcı münasibət onu əvvəlcə Dəvəçi rayon […]
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu azad edilmiş ərazilərdə təhsil, iqtisadiyyat və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə oldu. Forum, Qarabağda dayanıqlı sosial-iqtisadi dirçəliş üçün strateji ideyaların, praktik həllərin və konkret təşəbbüslərin müzakirə olunduğu yüksək səviyyəli platforma kimi çıxış etdi.Tədbirin məqsədi – dövlət və özəl sektor arasında […]
30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır.
Bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadəcə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın […]
107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür. İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi faktlar, hadisələr dəyişməzdir. Hər il Cümhuriyyətin yarandığı gün qeyd olunanda ovaxtkı tarixi hadisə də xatırladılır. Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk demokratik, parlamentli respublika olub. Onun yaranması ərəfəsində Cənubi […]
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı 2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına […]
Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib. Dövlət başçısı, həmçinin […]
“Narkotikə YOX!” çağırışı ilə futbol turniri uğurla başa çatdı
31 may 2025-ci il tarixində, saat 17:30-da Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən Olimpiya Kompleksində “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi və yaddaqalan bir tədbir keçirildi. 24 il öncə keçirilmiş ənənəvi futbol turniri bu dəfə “Narkotikə YOX!” devizi ilə yenidən həyata qaytarıldı.Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın […]