Bölgə Cəmiyyət Hadisə

İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

Qusarda itkin düşən şəxsin  meyiti tapılıb. xeberde.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır.  Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Hadisə

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib. xeberde.az xəbər verir ki, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp […]

Hadisə

Nərimanovda dayı bacısı qızını bıçaqlayıb

Bakıda dayı bacısı qızını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib. 1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Bölgə Hadisə

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə xeberde.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.  Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi […]

Dünya Hadisə

Türkiyədə GÜCLÜ zəlzələ baş verdi

Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda bu gün saat 21:09-da 4,9 bal gücündə zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yayımlanan məlumata görə, zəlzələnin ocağı yerin 11,31 kilometr dərinliyində yerləşib. Elazığ Valisi Numan Hatipoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, zəlzələ ilə bağlı AFAD və 112 Təcili […]

Hadisə

“Dəniz Mall”ın ərazisində kişi meyiti TAPILDI

Bakıda bulvar ərazisində ölüm faktı baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən xeberde.az-a verilən məlumata görə, aprelin 25-də saat 16:00 radələrində “Dəniz Mall” ərazisindən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 50 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. […]

Hadisə Şou-Biznes

Meyxanaçı həbs edildi 

Gəncə şəhərində meyxanaçı həbs edilib. xeberde.az xəbər verir ki, həbs edilən meyxanaçı “Fərid Gəncəli” ləqəbi ilə tanınan Fərid Salahovdur. 1992-ci il təvəllüdlü Rəşad Cəfərov (ad və soyadlar şərtidir – red.) aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq […]

Gündəm Hadisə

Əvəz Zeynallı cəzadan azad edildi

“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan […]

Cəmiyyət Hadisə

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi – FOTO

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib. xeberde.az xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində – “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib. 1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən […]