Bölgə Hadisə

Astarada hamilə gəlin toy gecəsi öldü

Astara hamilə qadın toyundan bir gün sonra ölüb.

xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, gəlin köçən Ə.İmanovun hələ 18 yaşı tamam olmayıb və hamilə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir