Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən “Dəftərxana və təsərrüfat mallarının satın alınması” tenderinin qalibi “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Xeberde.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 188.967,66 AZN təşkil edir.
Tender çərçivəsində alınacaq əsas mallar aşağıdakılardır:
Kağız: A4 (80qr, 120qr, 160qr), A3 (80qr)
A4-leybl (yapışqanlı), lent və knopkalar (müqavilələr üçün), XP printer üçün kağız
Pozan, hesablama maşını (kalkulyator), karandaş
Stepler (24/6) və sancaq stepler üçün əlavə material, antistepler
Qayçı, fayl 60 mikron və digər ofis ləvazimatları və sairə..
Tenderin icrası Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı Məcnun Məmmədov tərəfindən təmin ediləcək.
Xeberde.az



