Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan mayın 28-də füsunkar Laçında baş tutmuş Zirvə görüşü tarixi hadisəyə çevirdi. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşlərində vurğuladığı kimi, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Eyni sözləri qardaş Türkiyə barəsində də söyləmək olar. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bir sözlə, hər üç ölkənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən seviniri, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq. Türkiyə, Pakistan və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik. Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu. Arif Nəcəfov,Cəlilabad rayon Statistika İdarəsinin rəisi
Oxşar Xəbərlər
Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. xeberde.az-ın məlumatına görə, prokurorluq tərəfindən toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən gömrük kapitanı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcək. Ona qarşı verilmiş ittihamlar təsdiqini taparsa, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. İlk […]
Əhməd Əl Şaraa Bakıda! Prezident İlham Əliyev onu qəbul etdi – FOTOLAR, VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. xeberde.az xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid […]
Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb. ADA Universitetində keçirilən yekun tədbir zamanı finala vəsiqə qazanmış dörd top komanda təqdim olunan keys üzərində hazırladıqları biznes həlləri ilə çıxış edərək, həm münsiflər heyətinə, həm də tədbir iştirakçılarına təqdimatlar ediblər. […]



