Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan mayın 28-də füsunkar Laçında baş tutmuş Zirvə görüşü tarixi hadisəyə çevirdi. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşlərində vurğuladığı kimi, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Eyni sözləri qardaş Türkiyə barəsində də söyləmək olar. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bir sözlə, hər üç ölkənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən seviniri, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq. Türkiyə, Pakistan və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik. Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu. Arif Nəcəfov,Cəlilabad rayon Statistika İdarəsinin rəisi
Oxşar Xəbərlər
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
Çoxlu visseral yağın olması idrak funksiyalarını pisləşdirə bilər. xeberde.az xəbər verir ki, Ulster Universitetinin (Şimali İrlandiya) endokrinologiya professoru Aleks Miras böyük qarının bu açıq-aşkar təhlükəsi barədə xəbərdarlıq edib. Endokrinoloqun fikrincə, kök insanların beyin həcmi çox vaxt normal çəkisi olan insanlardan daha kiçik olur. O, bunun dəqiq izahatının olmadığını, ancaq arıqladıqda əqli qabiliyyətlərin yaxşılaşdığı məlumdur. “Visseral […]
Nanə bu dəfə Çinə getdi – Foto
Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra sosial media hesabında yeni paylaşım edərək diqqət çəkib. xeberde.az xəbər verir ki, tanınmış aparıcı hazırda Çində səfərdədir. O, Honkonqda çəkilmiş fotosunu izləyiciləri ilə bölüşərək həm səyahət təəssüratlarını, həm də yenidən aktivliyə başlamasını nümayiş etdirib. Nanənin paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.
Notarius rəisinin iş adamının 500 minini ələ keçirməsi ilə bağlı- DİN-dən açıqlama
Həbsdə olan iş adamı Emil Səməndərova məxsus torpaq sahəsinin ələ keçirilməsi ilə bağlı xəbər vermişdik. İş adamının xanımı məsələ ilə bağlı polisə müraciət etdiklərini, amma xeyli vaxt keçsə də cavab ala bilmədiklərini bildirmişdi. Daxili İşlər Nazirliyi iddialara cavab verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Anar Qafarov […]


