“Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb”. xeberde.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib. O bildirib ki, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar […]
Day: Oktyabr 17, 2026
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi – Görün kim imiş
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Astara rayon sakini Əhədov Sadiq Zeyqəmşah oğluna əlillik təyin edilib. xeberde.az-ın xəbərinə görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib. O bildiirb ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç vaxt müraciəti olmayıb: “Vətəndaşa dair forma 88 sənədi tibb müəssisəsi tərəfindən yalnız dünən – oktyabrın 12-də elektron sistemə daxil edilib. Elə həmin tarixdən […]
Məktəbi yandırmaq istəmişdilər – 5-i şagird olmaqla 6 nəfər tutuldu
Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xeberde.az-a verilən xəbərə görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi […]
Deputat tənqid etmişdi: Nazirin qəbuluna düşmək qaydası dəyişdi
Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Nazirliyin İnternet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir. Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun […]
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilməsi haqda dəyişiklik qəbul edilib. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarına təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Hazırda qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa […]
Azərbaycanda dərman istehsalı kəskin artdı
Sənaye sektorunda 2026-cı ilin yanvar-sentyabr aylarında 51,2 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% az sənaye məhsulu istehsal edilib. Bu barədə xeberde.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, emal sənayesində cari ilin ilk doqquz ayında 16 982,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə […]
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni məktəbdə oxuyur
Şərur Peşə Liseyində fərqli nəsilləri birləşdirən maraqlı bir mənzərə var. Səhərlər eyni evdən çıxan nənə və nəvə eyni təhsil müəssisəsinə üz tutur. Onlardan biri illərdir ailəsi üçün hazırladığı yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək, digəri isə ailə ənənəsini davam etdirərək elektrik peşəsinə yiyələnmək istəyir. Ölkə.az xəbər verir ki, “Azərbaycan müəllimi” eyni liseydə fərqli ixtisaslar üzrə təhsil […]
Azərbaycanda kartof istehsalı azaldı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı 1,1% artıb. Bu barədə xeberde.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə ölkədə faktiki qiymətlərlə 11 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9%, bitkiçilik məhsullarının istehsalı isə 0,5% çoxalıb. Məhsulun […]
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Son dövrdə Azərbaycan ilə Kamboca arasında baş verən yüksək səviyyəli təmaslar ilk baxışdan iki uzaq coğrafiya arasında qurulan adi diplomatik əlaqə kimi görünə bilər. Lakin proseslərin dərinliyinə nəzər saldıqda aydın olur ki, söhbət sadə protokol görüşündən deyil, Bakının son illərdə apardığı çoxşaxəli və uzaqgörən xarici siyasət xəttinin məntiqi davamından gedir. Azərbaycan artıq yalnız yaxın qonşuları […]










