Azərbaycanın xarici siyasət kursunda demokratik ölkələrlə çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu günü-gündən yüksəlir və dünya dövlətləri ilə dostluq münasibətləri möhkəmlənir. Azərbaycanla Türkmənistanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır və bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. […]
Day: Oktyabr 17, 2026
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və müntəzəm qarşılıqlı səfərlər əlaqələrin səviyyəsini daha da artırır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. […]
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu.
Qəbul edilmiş tarixi qərara yekdilliklə dəstək verdiklərinə görə bütün həmkarlarıma bir daha minnətdarlığımı bildirirəm. Bu qərarın əldə olunmasında göstərilən həmrəylik və qarşılıqlı anlaşma iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Belə bir razılığın formalaşması ortaq maraqların nəzərə alınmasının və dövlətlər arasında etimadın möhkəmləndirilməsinin vacibliyini göstərir.Bu məqamda Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsünü […]
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.
Birgə yaradılmış investisiya fondlarının hər birinin yüz milyonlarla dollar həcmində kapitala malik olması iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu maliyyə resurslarından məqsədyönlü istifadə etməklə tərəfdaş ölkələr arasında yeni layihələrin həyata keçirilməsini sürətləndirmək, istehsal sahələrini inkişaf etdirmək və sənaye əlaqələrini daha da möhkəmləndirmək mümkündür.Əsas diqqət yalnız qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına deyil, həm də uzunmüddətli […]
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir.
Son dövrdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi dövlətlərimiz arasındakı siyasi dialoqun inkişaf etdiyini göstərir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi tərəflərin əlaqələri daha da möhkəmləndirmək və əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək niyyətini əks etdirir. Bu cür görüşlər qarşılıqlı etimadın güclənməsinə, ortaq maraqların müzakirəsinə və ikitərəfli münasibətlərin […]
Azərbaycanın strateji mövqeyi güclənir
Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Türkmənstanda Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında dediyi kimi, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata […]
Strateji tərəfdaşlığın üfüqləri
Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bu Sammitin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi potensialından danışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacağına əminliyini ifadə edib. Azərbaycan və Türkmənistan […]
Regional problemlərin həllində ümumi yanaşmalar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 8 oktyabr tarixində Türkmənistanın Avaza şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Son illərdə qəbul olunmuş qərarlar regionun xalqlarının […]
Azərbaycan etibarlı müttəfiqdir
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Bunu Mərkəzi Asiya Dövlət Başçılarının 8-ciI Məşvərət görüşü bir daha sübut etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sammitdəki çıxışında dedi ki,. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, […]










