Gündəm manset Siyasət

Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?  

Ermənistanın Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yaydığı məlumatlar ətrafında yeni suallar yaranıb. Rəsmi İrəvan əvvəlcə azərbaycanlı hərbçinin Sünik (Zəngəzur) vilayətinin Sisian (Qarakilsə) icmasının Şəki kəndində saxlanıldığını açıqlayıb, daha sonra isə hadisəyə müxtəlif ittihamlar əlavə olunmağa başlayıb. İndi isə Ermənistan mediasında Nəsimi Musayevin guya evə daxil olaraq orada olan uşaqları qorxutduğu iddiaları tirajlanır. Musavat.com xəbər verir […]

Cəmiyyət

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda son üç gündə hava sanki bir gecənin içində dəyişib. Bir neçə gün əvvəl küçədə nazik geyimlə gəzmək mümkün idisə, indi səhər saatlarında soyuq hava, güclü külək bəzən yağış özünü ciddi şəkildə hiss etdirir. Artıq bəzi paytaxt sakinləri kombini yandırıb, bəziləri isə “hələ tezdir” deyərək gözləyir. Oktyabrın ilk günlərində Bakıda temperaturun kəskin enməsi ilə mənzillərdə […]

Cəmiyyət Təhsil

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universitetində (ATU) uzun illər dosent vəzifəsində çalışmış Sadiq Xəlilovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. İddiaçı işə götürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, onunla müddətsiz əmək müqaviləsi bağlanmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edib. Məhkəmə materiallarına əsasən, Sadiq […]

Cəmiyyət

Cəbrayıl rayonunun infrastrukturu.

Cəbrayıl rayonunun infrastrukturu onun yenidən dirçəlişinin və gələcəyə inamla addımlamasının mühüm göstəricilərindən biridir. Uzun illər işğal altında qalan rayonun yolları, yaşayış məntəqələri, sosial obyektləri və mühəndis-kommunikasiya sistemləri ciddi dağıntılara məruz qalmışdı. Lakin doğma torpaqların azad olunmasından sonra Cəbrayılın qarşısında yeni və möhtəşəm bir quruculuq mərhələsi açıldı. Vaxtilə sükuta qərq olmuş küçələrdə yenidən həyatın nəfəsi duyulmağa […]

Cəmiyyət

Vətənə sədaqətli xidmət nümunəsi.

3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxarılması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlət müstəqilliyini […]

Cəmiyyət

Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması.

Azərbaycan xalqının tarixində dövlət müstəqilliyinin bərpası mühüm hadisələrdən biridir. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşıda ölkənin siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayandı. Siyasi və iqtisadi suverenlik müstəqil dövlətin əsas dayaqları hesab olunur. Dövlət öz daxili və xarici siyasətini sərbəst müəyyən etməli, iqtisadi resurslarından xalqının və ölkəsinin inkişafı […]

Cəmiyyət

Milli qurtuluşa gedən yolun başlanğıcı.

   1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm tarixi hadisələrdən biri kimi yadda qaldı. Həmin dövrdə ölkədə mürəkkəb siyasi və sosial proseslərin yaşandığı bir şəraitdə keçirilən seçkilərdə xalq öz iradəsini ifadə edərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.    Heydər Əliyevin prezident seçilməsi ilə ölkənin dövlətçilik tarixində yeni mərhələnin əsası […]

Cəmiyyət

Cəbrayıl rayonundan olan məcburi köçkünlər.

4 Oktyabr – Cəbrayıl şəhəri günü Cəbrayılın tarixində yeni mərhələnin rəmzi olmaqla yanaşı, illər boyu doğma yurd həsrəti ilə yaşayan minlərlə cəbrayıllının taleyini də yada salır. Çünki Cəbrayılın işğalı bir rayonun ərazisinin itirilməsi deyil, on minlərlə insanın doğma evindən, ata-baba yurdundan məcburi şəkildə uzaq düşməsi ilə nəticələnmiş böyük humanitar faciə idi.Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində […]

Ana Səhfə

İşğalın nəticələri.

Azərbaycan tarixinin mühüm səhifələrindən biri Cəbrayıl rayonunun işğalı, uzun illər düşmən tapdağında qalması və nəhayət 2020-ci ildə şanlı Ordumuzun igidliyi sayəsində azad olunması ilə bağlıdır. Bu tarixi hadisə xalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və milli birliyin parlaq nümunəsi kimi həkk olunmuşdur.Cəbrayıl rayonu Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgələrindən biridir. Lakin Ermənistanın 1993-cü ilin avqust ayında həyata […]

Cəmiyyət

Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi.

   Azərbaycanın müstəqilliyinin ilk illəri ölkənin siyasi və ictimai həyatında mürəkkəb hadisələrlə yadda qaldı. Həmin dövrdə qəbul edilən bir sıra siyasi qərarlar və idarəçilikdə yol verilən nöqsanlar ölkənin qarşılaşdığı problemləri daha da dərinləşdirdi. 20 Yanvar və Xocalı faciələri, Laçın və Şuşanın işğalı, eləcə də Azərbaycan ərazilərinin böyük hissəsinin işğal olunması xalqımız üçün ağır nəticələrə səbəb […]