Kriminal manset

Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi

Şəmkirdə keçmiş ərinə xəsarət yetirən qadına cinayət işi açılıb. xeberde.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onların yaşadıqları evdə baş verib. İttiham aktına görə, 39 yaşlı Fəridə Məmmədova (şərti adla) oğlunun Rusiyada həbs olunmasına görə, həmin ölkəyə getmək istəyib. Lakin onun keçmiş əri Nəsir (şərti adla) buna razı olmayıb. Bu səbəbdən keçmiş ər-arvad […]

Sosial

“14 manata ət təklif etdik, qəssab almadı” – Fermerdən şikayət

“Rayonlarda cöngə ətinin topdansatış qiyməti 15, kəl ətinin 14, quzu ətinin isə 18 manata qapıda təklif olunur”. xeberde.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında fermer Kərim Kərimli Bakıda mal ətinin bir kiloqramının 22 manata satılması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Fermerin sözlərinə görə, sentyabrın 23-də kəl ətinin bir kiloqramını 14 manata təklif etsə […]

Hərbi

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hərbi təxribatla hücum etməsi 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali […]

Cəmiyyət

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.

   Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi baxımından dağ-mədən və metallurgiya sənayesi mühüm inkişaf potensialına malik sahələrdən biridir. Bu istiqamətin gələcək inkişafını təmin etmək məqsədilə hazırlanmış Dövlət Proqramının təqdim olunması ölkənin sənaye siyasətində əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Proqramın hazırlanması ilə bağlı müvafiq Sərəncamın aprelin əvvəlində imzalanmasından sonra bir neçə ay ərzində zəruri hazırlıq […]

Cəmiyyət

Ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik.

     Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri ölkənin daxili enerji təhlükəsizliyinin təmin edilməsi, təbii qaz infrastrukturunun genişləndirilməsi və mövcud enerji potensialının səmərəli şəkildə iqtisadi inkişafın təminatına yönəldilməsidir. Bu baxımdan ölkəmizdə qazlaşma səviyyəsinin 96 faizə çatması mühüm sosial-iqtisadi göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Əhalinin təbii qazla təminatının genişləndirilməsi insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, regionların […]

Cəmiyyət

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxış edərək bildirmişdir ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir səna\ye istiqaməti […]

Cəmiyyət

Ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik.

Azərbaycan zəngin təbii qaz ehtiyatlarına malik olan ölkələrdən biridir. Son illərdə həyata keçirilən enerji layihələri nəticəsində ölkənin həm daxili qaz təminatı, həm də qaz ixracı imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkəmizdə qazlaşma səviyyəsinin 96 faizə çatması əhalinin təbii qazla təminatının yüksək səviyyədə olduğunu göstərir. Bu göstərici regionların sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Qazlaşmanın yüksək […]

Cəmiyyət

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ölkənin regional və beynəlxalq enerji sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən, müxtəlif ölkələri bir-birinə bağlayan mühüm tərəfdaş kimi çıxış edir. Bu gün Azərbaycanın enerji layihələri Avropanın […]

İqtisadiyyat manset

Yeni subsidiyalar veriləcək – Nazir ŞƏRTLƏRİ AÇIQLADI

“Azərbaycanda super elit və elit toxumların istehsalına yüksək məbləğli subsidiyalar veriləcək”. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, “Toxumçuluq haqqında” qanuna edilən son dəyişikliklərə əsasən özəl sektora toxumçuluq sahəsində daha böyük imkanlar yaradılıb: “Artıq özəl sektor daha yüksək reproduksiyalı toxumları istehsal edə biləcək. Toxum və tinglərin sertifikatlaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması […]