Göygöldə qətl hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Month: Oktyabr 2026
İmran Xanın bacısı saxlanıldı
Pakistanda həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb. xeberde.az-ın məlumatına görə, Alima Xan sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazları ərəfəsində Lahorda polis tərəfindən tutulub. Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin bildirdiyinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb […]
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb. xeberde.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı […]
İtaliya niqabı qadağan edir
İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır. xeberde.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni özünün “İtaliya Qardaşları” partiyası tərəfindən təşkil olunmuş gənclər tədbirində bildirib. “Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını qanunvericiliklə müəyyən […]
Tarixin sınağından şərəflə çıxdıq
Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın yeni dövrə qədəm qoydu. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik” çağırışı Azərbaycanın ədalətə və beynəlxaq hüquqa söykənən siyasətinin uğurlarının təqdimatı oldu. Bu müddətdə Xankəndinin, Xocalının, […]
Qarabağ Azərbaycanın dilbər guşəsidir
2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Müzəffər Komandanı cənab ham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaldaraq Azərbaycan xalqına müraciət etməsi bu baxımdan müstəsna tarixi hadisə oldu. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə […]
Qürur doğuran gün
Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın yeni dövrə qədəm qoydu. Bu müddətdə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapır. Beş il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir […]
Separatçıların sonu belə oldu
Dövlət başçısı İlham Əliyevin şəhər günləri ərəfəsində azad edilmiş ərazilərimizə səfəri qürurverici məqamlarından biri oldu. Prezidentimiz Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü də diqqətdə oldu. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, […]
Lokal xarakterli antiterror tədbirinin nəticəsi
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən […]










