“Daşkəsən” dəmir filizi layihəsinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş […]
Month: Oktyabr 2026
Qadını tamah məqsədilə öldürdü, evdən 100 manat tapdı – Üstü 13 il sonra açıldı
Azərbaycanın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə […]
Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur
Azərbaycanda elmi-metodiki jurnallardan biri ləğv olunur. xeberde.az-ın xəbərinə görə, “Kurrıkulum” elmi-metodiki jurnalı MMC bağlanır. Sözügedən jurnal Azərbaycan Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunub. Həmin dövrdə təhsil naziri vəzifəsində Misir Mərdanov çalışırdı. Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Cavadov İlham Ağaqardaş oğludur. O, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktor müavinidir.
“Bakı Biznes Mərkəzi” Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Nazirlər Kabineti “Bakı Biznes Mərkəzi” MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və 30 noyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 17 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. xeberde.az xəbər verir […]
Məşhur aktrisa aeroportda saxlanıldı
Türkiyədə Bakırköy prokurorluğu tərəfindən 18 sentyabrda narkotik işi üzrə başladılan istintaq davam edir. xeberde.az xəbər verir ki, bu iş üzrə aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb. Saraçoğlu daha əvvəl sosial media hesabında xaricdə işgüzar səfərdə olduğunu və ifadə vermək üçün ən qısa müddətdə geri qayıdacağını bildirmişdi. Qeyd edək ki, 18 sentyabrda İstanbulda […]
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib. Görüşün yekununda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu […]
Bakıda 70 yaşlı qadın dələduzluq etdi
Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb. xeberde.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən […]
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üçün iş planı açıqlanıb. xeberde.az-ın xəbərinə görə, iş planında ilk növbədə Mili Məclisin deputatlarının, Prezidentin, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin müzakirəsi məsələsi daxil edilib. Bundan başqa, sessiya müddətində komitə rəhbərliyi və üzvləri tərəfindən […]
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb – BİRGƏ MƏLUMAT
Azərbaycanın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon […]
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Azərbaycanda 2 su elektrik stansiyası tikilir. xeberde.az-ın xəbərinə görə, “Azərenerji” ASC “Çardaqlı-1” və “Çardaqlı-2” kiçik su elektrik stansiyaları (KSES) layihəsinin icrasına hazırlaşır. Tikinti işlərini “BCC Group” QSC tərəfindən həyata keçiriləcək. Layihə üçün 40 mln 831 min 331 manat ödəniş ediləcək. Qeyd edək ki, KSES-lər Azərbaycanın Ağdərə rayonunda, Tərtərçayın üzərində inşa edilən yeni yaşıl enerji layihələridir.










