İqtisadiyyat manset

Azərbaycanda dərman istehsalı kəskin artdı

Sənaye sektorunda 2026-cı ilin yanvar-sentyabr aylarında 51,2 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% az sənaye məhsulu istehsal edilib.

Bu barədə xeberde.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, emal sənayesində cari ilin ilk doqquz ayında 16 982,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4% çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində sözügedən dövrdə daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+76,8%), əczaçılıq məhsullarının istehsalı (+60,4%), toxuculuq sənayesi (+47,6%), tütün məmulatlarının istehsalı (+16,0%), kağız və karton istehsalı (+14,5%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+8,5%), elektrik avadanlıqlarının istehsalı (+8,0%), tikinti materiallarının istehsalı (+7,1%), qida məhsullarının istehsalı (+6,4%), metallurgiya sənayesi (+6,1%) sahələrində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir